Rusiyada 45 dəqiqədə beş zəlzələ  baş verdi
21 iyul 2025 23:10 (UTC +04:00)

Rusiyada 45 dəqiqədə beş zəlzələ baş verdi

Rusiyanın Kamçatka diyarında cəmi 45 dəqiqə ərzində ardıcıl beş zəlzələ qeydə alınıb.

Lent.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Məlumata görə, zəlzələlərin maqnitudası 5,3; 5,2; 5,1 və iki halda 4,8 bal təşkil edib.

Hazırda dağıntılar və xəsarət alanlarla bağlı məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 382

Oxşar yazılar