PSJ 28 milyonluq futbolçunu 70 milyona alır
22 iyul 2025 09:39 (UTC +04:00)

PSJ 28 milyonluq futbolçunu 70 milyona alır

PSJ İlya Zabarının transferi üçün səylərini davam etdirir.

Lent.az xəbər verir ki, Paris klubu 22 yaşlı Ukrayna millisinin müdafiəçisi üçün təklifini şişirtməyə hazırdır – bu, Uqo Ekitikenin satışından sonra baş verəcək. Hücumçu "Ayntraxt" klubundan "Liverpul"a 80 milyon avroya transfer olunacaq və PSJ bu müqavilədən 20% — yəni 16 milyon avro — əldə edəcək.

Əvvəllər "Bornmut" fransızların 60 milyon avroluq təklifini rədd edərək, minimum 70 milyon avro istəmişdi. İndi PSJ yenilənmiş məbləğlə danışıqlara qayıtmağa hazırdır.

Zabarnı 2023-cü ilin yanvar ayından "Bornmut"da çıxış edir. Ötən mövsüm o, 39 oyun keçirib və bir məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt onun dəyərini 28 milyon avro olaraq qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 473

Oxşar yazılar