Bir müddət əvvəl ağciyər çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilən Əməkdar artist Vahid Əliyevin səhhəti hazırda yaxşıdır.
Bu barədə aktyorun özü Lent.az-a açıqlamasında bildirib.
Aktyorun sözlərinə görə, Vahid Əliyev son tibbi analizlərini verib və həkimlərin nəzarəti altında müalicəsini davam etdirir. Səhhətindəki müsbət dinamika nəzərə alınaraq, aktyorun bir neçə gün ərzində evə buraxılması planlaşdırılır.