“Manatlıq taksilər”in qiyməti artdı -VİDEO
29 may 2025 15:26 (UTC +04:00)

“Manatlıq taksilər”in qiyməti artdı -VİDEO

Sakinlərin tez-tez istifadə etdiyi “manatlıq taksilər” artıq 1 manata yox, 2 manata sərnişin daşıyır. Söhbət Masazır, Xırdalan, Müşfiqabad, Buzovna, Binə və şəhərin digər istiqamətlərinə gedən, “ucuz” xidmət təklif edən qeyri-rəsmi taksilərdən gedir. Qəribəsi isə odur ki, günorta 1 manata getdikləri yolu sıxlıq olan vaxtlarda 2 manata gedirlər. Gedilən yolun məsafəsi eynidir bəs qiymət niyə bahalaşır?

Lent.az xəbər verir ki, bu məsələ APA TV-nin hazırladığı reportajda geniş işıqlandırılıb:

Şikayətçilər bildirir ki, əvvəl bir manata getdiyimiz taksilər indi olub 2 manat:

“Deyirlər probkadır. Ancaq, dəfələrlə olub mən minmişəm taksiyə, eyni yolu probkasız yenə də 2 manata aparıblar. Bu bizi çox narahat edir. Güman edirəm ki, bütün əhali də eyni vəziyyətdədir. Gündüz bir manata, axşam kefləri necə istəyirsə, elə. Qiyməti qaldırılar, əlbəttə ki, sərf etmir. Heç kimə sərf eləmir. Sadəcə, məcbur qalırsan, küçədə qalmayacaqsan ki, evinə getməlisən”.

Problemlə bağlı daha ətraflı video materialda tanış ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1084

Oxşar yazılar