Real SEKS  səhnələri ilə tarixdə qalan 5 film  -VİDEO
29 may 2025 18:00 (UTC +04:00)

Real SEKS səhnələri ilə tarixdə qalan 5 film -VİDEO

Kino dünyasında aktyor oyunu ilə reallıq arasında incə bir sərhəd var. Bəzi rejissorlar bu sərhədi tamamilə aradan qaldırmağa hazırdırlar – “həqiqi sənət” naminə. Bəzən maksimum inandırıcılıq üçün onlar aktyorlardan sadəcə emosiyalar deyil, intim səhnələrin... İmitasiya olmadan çəkilməsini tələb edirlər.

Lent.az real və intim səhnələri ilə məşhur və qalmaqallı olan 5 filmi təqdim edir.

"Diş"

2009-cu ildə Yorgos Lantimos tərəfindən çəkilən bu psixoloji dram art-haus üslubunda şok effekti yaradır. Süjet üç yeniyetmənin atası tərəfindən dünyadan təcrid olunaraq qəribə və təhrif olunmuş reallıqda yaşamağa məcbur edilməsindən bəhs edir.

Lakin ən çox müzakirə olunan səhnə Britaniya Film Təsnifat Şurasının (BBFC) məlumatına görə, real və imitasiya olunmamış seks səhnəsidir.

Buna baxmayaraq, film Rotten Tomatoes-da 93% müsbət rəylə qiymətləndirilib. Tənqidçilər etiraf edirlər: “Bəziləri üçün bu film çox narahatedici olacaq – lakin müasir kinoda bu qədər orijinal hekayələr nadirdir”.

"Qəhvəyi dovşan"


2003-cü ildə Vincent Gallo tərəfindən çəkilən bu film aktrisa Chloe Sevigny-nin rejissorla birlikdə real oral seks səhnəsi ifa etməsi ilə qalmaqallı olub. Bu səhnə çoxları tərəfindən həddən artıq açıq, filmin özü isə bu ifratlığa görə tənqid olunub.

2011-ci ildə Playboy jurnalına müsahibəsində Chloe etiraf edib ki, bu ona çox çətin gəlib:

"Çox çətin idi. Burada çoxlu emosiyalar var. Ola bilsin ki, mənə nə vaxtsa terapiya lazım olacaq. Amma mən Vinsenti sevirəm, film gözəl və faciəlidir, ifamla qürur duyuram."

Bu səhnə Sevigny-nin karyerasında ən çox müzakirə olunanlardan biri olub, amma o heç vaxt bu roldan imtina etməyib.

"Keçmişin əksi"

Robert Pattinsonun gənc Salvador Dali rolunda çıxışı – "Alatoranlıq" ulduzunun ən gözlənilməz rollarından biri oldu. Lakin məhz 2008-ci ildə çəkilən bu az tanınan filmdə aktyor, hətta art-haus pərəstişkarlarını belə şoka saldı.

"Mən mastürbasiya səhnəsi zamanı bunu həqiqətən etdim. Sadəcə, imitasiya edə bilmirdim," – Pattinson Interview Magazine-ə müsahibəsində bildirib. O etiraf edib ki, bu səhnədən sonra hətta aktyorluqdan getməyi düşünürdü. Lakin filmdəki emosional sınaq onun aktyor olaraq çılğın rollara hazır olduğunu daha da sübut etdi.

"Kaliqula"


1979-cu ildə çəkilmiş bu erotik dram – əxlaqsızlıq və hədsizliyin əsl epopeyasıdır. Malcolm McDowell-in baş rolda oynadığı bu film real seks səhnələri ilə yadda qalıb və onları Penthouse jurnalının qurucusu Bob Guccione maliyyələşdirib.

"Biz kinoda başqalarının sözlərlə etdiyi şeyi etdik," – o, açıq səhnələr haqqında müsahibəsində bildirib.

"Kaligula" təkcə qalmaqal deyil, həm də pornoqrafiya ilə "yüksək kino" arasındakı sərhədi müzakirəyə çıxaran film kimi tarixdə qalıb.

"İndi geri baxma"

1973-cü ildə çəkilmiş bu psixoloji triller hələ də kino həvəskarları arasında mübahisələr yaradır. Donald Sutherland və Julie Christie-nin qəhrəmanlarının sevgi səhnəsinin real seks olması iddia edilir – heç olmasa, tənqidçilər, jurnalistlər və sənaye nümayəndələri belə hesab edir.

Səhnənin gerçəkliyi ilə bağlı illərlə yayılan şayiələrə baxmayaraq, çəkiliş qrupu bu iddiaları rədd edib. Lakin təsir qalmaqda davam edir – bu intim epizod hələ də kinematoqrafiyada ən realistik səhnələrdən biri sayılır.

Britaniya BBFC bu səhnəni "zərif və süjetin ayrılmaz hissəsi" adlandırıb, lakin filmə X reytinqi verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5426

Oxşar yazılar