Alimlər telomerləri - DNT-nin uclarında yerləşən və "bioloji saat" adlandırılan hissələri araşdırıblar. Çünki onlar yaş artdıqca qısalır.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, amerikalı araşdırmaçılar qrupu vitamin D-nin qocalma ilə əlaqəli bioloji mexanizmi ləngidə biləcəyini aşkar edib.
Brigham and Women’s Hospital, Harvard Tibb Məktəbi və digər universitetlərin araşdırmaçıları telomerləri - DNT-nin uclarında yerləşən və "bioloji saat" adlandırılan hissələri araşdırıblar, çünki onlar yaş artdıqca qısalır.
Hər hüceyrə bölünməsi zamanı telomerlər bir qədər qısalır. Bu proses qocalma, həmçinin infeksiyalar, 2-ci tip diabet və ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqəlidir.