"Ford" arxa görüntü kameralarında yaranan problemlərə görə ABŞ-də 1.1 milyona yaxın avtomobili geri çağıracaq.
APA xəbər verir ki, bu barədə "Reuters" məlumat verib.
Qeyd olunub ki, arxa görüntü kameralarında proqram problemləri səbəbindən görüntü əks olunmaya bilər və bu, qəza riskini artırır.
Geriçağırılma 2021-2024-cü illərdə buraxılmış "Bronco", "F-150", "Edge" modellərinə, həmçinin 2023-2024-cü illərə aid "Escape", "Corsair", "F-250", "F-350", "F-450", "F-550" və "F-600" modellərinə şamil edilir.