"Kurtlar vadisi"nin aktyoru arvadı ilə mübahisə edəni VURDU -  VİDEO
11 fevral 2022 10:34 (UTC +04:00)

"Kurtlar vadisi"nin aktyoru arvadı ilə mübahisə edəni VURDU - VİDEO

Türkiyəli aktyor Bahadır Ünlü həyat yoldaşının işlətdiyi kafedə müştərini bıçağın arxası ilə başından bir neçə dəfə vurub.

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, aktyorun bu addımı atmasına səbəb müştərinin həyat yoldaşı ilə mübahisə etməsi olub. 

Müştəri Ünlüdən şikayətçi olmasa da, aktyorun yaşananları sosial şəbəkə hesabında paylaşması hər şeyin üstünü açıb. Bunun ardından hüquq-mühafizə orqanları əməkdaşları Ünlü saxlanıb, bir müddət sonra sərbəst buraxılıb. 

Qeyd edək ki, B.Ünlü “Arka sokaklar”, “Muhteşem yüzyıl” və “Kurtlar vadisi” kimi seriallarda oynadığı rollarla tanınıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4077
avatar

Yalçın UĞUR

Oxşar yazılar