Kenan Doğulunun səhnə şalvarı LAĞA QOYULDU  - FOTO
19 avqust 2022 16:20 (UTC +04:00)

Kenan Doğulunun səhnə şalvarı LAĞA QOYULDU - FOTO

Türkiyənin məşhur müğənnisi Kenan Doğulunun konsertində geyindiyi şalvarın görünüşü aləmi bir-birinə qatıb. 

Lent.az xəbər verir ki, onun açıq havada verdiyi konsertdə geyindiyi geniş balaqlı şalvarı sosial şəbəkələrdə xeyli müzakirə olunub.

Səhnə geyimini istifadəçilər lağa qoyub "yaxşıdır, gələn il də geyinərsən", "babamın belə şalvarları var, istəsən verərəm", "boyun daha da qısa görünür" kimi istehzalı şərhlər yazıblar. 

Hətta bəzi izləyicilər deyiblər: "Beren Saat axırına çıxdı bu adamın"

Qeyd edək ki, 48 yaşlı Kenan Doğulu aktrisa Beren Saatla evlidir. 

 

# 3525
avatar

Nigar Namiq

Oxşar yazılar