Xalq artisti Tünzalə Ağayevanın keçmiş həyat yoldaşı Rəhman Əliyev
13 aprel 2021 11:10 (UTC +04:00)

Xalq artisti Tünzalə Ağayevanın keçmiş həyat yoldaşı Rəhman Əliyev

Keçmiş əri Tünzaləyə CAVAB VERDİ: "Mən indi onu..." - VİDEO

Xalq artisti Tünzalə Ağayevanın keçmiş həyat yoldaşı, rejissor Rəhman Əliyev barədə dedikləri cavabsız qalmayıb.

Lent.az-a açıqlama verən R.Əliyev keçmiş həyat yoldaşı T.Ağayeva barədə bu sözləri deyib:

“Mənim indi o qadını düşünməyə, müzakirə etməyə zamanım yoxdur. Onun mənimlə bağlı sonuncu açıqlaması sosial şəbəkələrdə paylaşıldı. Həmin paylaşımların altında yazılan rəylərə diqqət yetirsəniz, görəcəksiniz ki, insanlar mənim yerimə onun cavabını verib. Bu gün ona elə sözlər, elə açıqlamalar verərdim ki... Amma ortada qızımız var. Övladıma görə ona dillənmirəm. Susmağım, artıq sözlər deməməyim ona cavab olsun”.  

Qeyd edək ki, T.Ağayeva “Dəyişən cavab” verilişində keçmiş həyat yoldaşı R.Əliyev barədə bu sözləri demişdi:

“O, övladının anası, ömür-gün yoldaşı Tünzalənin şəxsiyyətinə hörmətsiz yanaşdı. Bax, həmin anda ondan tamamilə qırıldım. Çox ehtiyatsız, kişiyə yaraşmayan bir hərəkət etdi. "Mənlə yaşamırdısa, həyat məhv olmalıdı" deyə, düşünürdü. Mənim haqqımda mediada xəbərlər yazdırırdı, onlara pul verirdi, imicimə xələl gətirmək istəyirdi".

Xalq artisti Tünzalə Ağayevanın keçmiş həyat yoldaşı Rəhman Əliyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 218556
avatar

Yalçın UĞUR

Oxşar yazılar