“Kamillə cəmiyyət arasına çıxanda hər kəsin diqqəti bizim üzərimizdə olur”
Lent.az-ın xəbərinə görə, bunu müğənni Gülay Zeynallı qonaq olduğu “Xəbərin var?” maqazin verilişində bildirib.
“Kamili də, məni də sevənlər çoxdur. Biz birlikdə olanda insanlar üçün çox maraqlı olur. Göz önündə və diqqət mərkəzində olmağı çox sevirəm. Həm mən, həm də Kamil birdən-birə bu yerə gəlib çıxmamışıq. Hər ikimizin çox böyük əziyyətimiz və zəhmətimiz olub", - o bildirib.
“Bu yaxınlarda qızım Sahilə, mən və Kamil restoranda yemək yeyirdik. Görürəm ki, ətrafdakı insanlar yeməyi bir kənara qoyub bizə baxırlar. Biz insanlara maraqlıyıq”, - o qeyd edib.