“O olmasaydı 20 il əvvəl ürəyim partlayacaqdı”  - Əməkdar artist
07 noyabr 2024 19:59 (UTC +04:00)

“O olmasaydı 20 il əvvəl ürəyim partlayacaqdı” - Əməkdar artist

Əməkdar artist Rəhman Rəhmanov şəxsi həyatından danışıb.

Lent.az xəbər verir ki, aktyor ikinci qrup əlillik aldığını və xanımının ona çox yaxşı baxdığını bildirib.

"İki dəfə ailə qurmuşam. İlk evliliyim 20 il çəkib. Sonra boşanmışam və ikinci dəfə ailə qurmuşam. 31 ildir bu evlilik davam edir.

Xanımım Gülü mənə çox gözəl baxır. O olmasaydı, 20 il əvvəl ürəyim partlayıb, öləcəkdim. Birinci oğlum 20 il əvvəl dünyasını dəyişib. Gülü xanım yaşatdı məni, indi də yaşadır.

İkinci oğlum Emilin vəfatından sonra Gülü xanım məni yenidən ayağa qaldırdı. O mənə həyatda stimul verir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4356
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar