Nüfuzlu “Goal” futbol nəşri London “Çelsi”sinin 21-ci əsrin ən yaxşı 25 futbolçusunun öz versiyasını təqdim edib.
Lent.az xəbər verir ki, reytinqə "pensiyaçılar"ın əfsanəvi keçmiş yarımmüdafiəçisi Frenk Lempard başçılıq edir.
İlk üçlüyə belçikalı Eden Hazard və “Çelsi”nin keçmiş forvardı Didye Droqba da daxil olub.
Maraqlıdır ki, 2004-cü ildə “Qızıl top”un sahibi olan ukraynalı Andrey Şevçenko siyahıya salınmayıb. O, 2006-2008-ci illərdə London komandasında çıxış edib, "Çelsi"nin heyətində bütün yarışlarda 77 oyun keçirib, 22 qol vurub və 12 məhsuldar ötürmə edib.
"Çelsi"nin heyətində Şevçenko İngiltərə kuboku və ölkə Superkubokunun sahibi olub, həmçinin 2007/2008 Çempionlar Liqasının finalında çıxış edib.