Yeni doğduğu körpəsini zibilliyə atan anaya  HÖKM OXUNDU
08 noyabr 2024 16:09 (UTC +04:00)

Yeni doğduğu körpəsini zibilliyə atan anaya HÖKM OXUNDU

Rusiyanın Novosibirsk vilayətində 22 yaşlı yerli sakin körpəsini zibil qabına atdığına görə mühakimə olunub.

Lent.az yerli mediaya istinadla bildirir ki, 2024-cü il fevralın 16-da Jeleznodorojnı rayonunda yeni doğulmuş oğlan uşağı zibil qutusunda plastik torbaya bükülmüş halda tapılıb. Uşağa vaxtında tibbi yardım göstərildiyindən onu xilas etmək mümkün olub.

İsti izlərlə müstəntiqlər körpənin anası olduğu iddia edilən şəxsi saxlayıb. Məlum olub ki, o, uşağı evdə dünyaya gətirib, daha sonra ondan xilas olmaq üçün bayıra çıxarıb. Daha sonra saxlanılan şəxs davranışını hamiləliyindən xəbəri olmayan qohumlarının mümkün qınama qorxusu, həmçinin uşaq böyütmək istəməməsi ilə izah edib.

Məhkəmənin hökmü ilə ana 6 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1065
avatar

Oxşar yazılar