Rusiyanın Kemerovo vilayətində, Topkinski rayonunda magistral yolda zəncirvari qəza olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, sərnişin avtobusu, 15 yük maşını və 3 minik avtomobili toqquşub.
Bu maşınların hamısı Kemerovo-Novosibirsk marşrutu ilə hərəkət edib.
Qəza nəticəsində xəsarət alan olmayıb.
Bu qəza ilə əlaqədar olaraq yolun 157-dən 218-ci kilometrinə qədər avtomobillərin hərəkəti məhdudlaşdırılıb.