Gənc boksçu məşq zamanı öldü
08 noyabr 2024 15:45 (UTC +04:00)

Gənc boksçu məşq zamanı öldü

Rusiyalı boksçu Georgi Oqolixin noyabrın 6-da Çelyabinskdə məşq zamanı huşunu itirib və ölüb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, 22 yaşlı idmançıya həkimlər tərəfindən yarışa icazə verilib. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. Qeyd olunur ki, boksçunun məşqçisi Vladimir Roşşenko vəziyyət aydınlaşana qədər peşəkar fəaliyyətdən uzaqlaşdırılıb. Oqolixinin ailəsinə ilkin tibbi yardım və psixoloji dəstək göstəriləcək.

İdmançının tələbəsi olduğu Maqnitoqorsk boks məktəbi mərhumun ailəsinə başsağlığı verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1515
avatar

Oxşar yazılar