Pələng qadınlara hücum edib birini yedi
08 noyabr 2024 11:47 (UTC +04:00)

Pələng qadınlara hücum edib birini yedi

Hindistanda pələng həmkəndliləri ilə meşəyə girən 50 yaşlı qadına hücum edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Uttarxand ştatının Nainital rayonunda baş verib. Orada, Dhikuli kəndindən yeddi qadın Korbett Pələng Qoruğunun yaxınlığındakı meşəyə gedib. Qadınlar orada mal-qara üçün çalı və ot toplamaq istəyiblər.

Toplanılan yerə gedərkən bir pələng onlara hücum edib və Kauşalya Devi adlı qadını kolluğa sürükləyib. Kəndlilər qadına kömək etməyə çalışsalar da, mənası olmayıb. Axtarış zamanı qadının qalıqları aşkar edilib. Daha sonra ekspertiza qalıqların Deviyə aid olduğunu təsdiqləyib.

Rəsmilər meşədə kameraların olduğunu və patrulların gücləndirildiyini bildiriblər. Bununla belə, qışda vəhşi heyvanların insanlara hücumlarının sayı artdığından yerli sakinlərə lüzumsuz meşəyə getməmək barədə xəbərdarlıq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1677
avatar

Oxşar yazılar