Telekanallara İlhamə Quliyeva  ilə bağlı QADAĞA
07 noyabr 2024 16:31 (UTC +04:00)

Telekanallara İlhamə Quliyeva ilə bağlı QADAĞA

Mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva bacısı ilə bağlı qadağa qoyub.

Lent.az bildirir ki, o “Tarixin bir günü” verilişində televiziya kanallarına rəsmi şəkildə müraciət ünvanlayacağını söyləyib.

O bildirib ki, bundan sonra efirə onun bacısını müzakirəyə çıxarmağa icazə verməyəcək: 

“Sonradan efirdə bacım haqqında səviyyəsiz söhbətlər edirlər. Tələb edirəm, bundan sonra İlhamə Quliyevanın neqativ söhbətlərini efirdən yığışdırsınlar. Sənətindən, gözəlliyindən danışsınlar...

O gözəllikdə bir sənətkar dünyasını dəyişdi. İlhamə xanımın xasiyyəti çox gözəl idi. Kini yox idi, sərt idi...

O bilirdi kimə sərt olmaq lazımdır. Rəhmətə gedib, o, artıq yoxdur. Ölünün arxasınca danışmaq günahdır. Vəkilim var. Rəsmi qaydada məhkəməyə müraciət edəcəyəm.

Tələb edirəm, heç bir televiziya kanalı İlhamə xanımı müzakirəyə qoymasın. Qadağa qoyuram və bununla bağlı rəsmi müraciət hazırlanır”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20775
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar