ABŞ-da 2 yaşlı uşaq çılpaq halda qəfəsdə nəcis və sidiklə tapılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu həftə Kentukki ştatının Karrollton şəhərində qəfəsdə kilidlənmiş bir oğlan aşkarlanıb. Məlumata görə, asayiş keşikçiləri yerli sakinlərin azyaşlı uşağın qəfəsdə saxlanılması ilə bağlı məlumatını araşdırıb.
Onlar hadisə yerinə gələndə uşağı qəfəsdə nəcisin içərisində görüblər. Evə baxış zamanı yaşları məlum olmayan daha iki uşaq, həmçinin vəziyyəti pis olan 9 it tapılıb.
Beş nəfər - Şelbi Turosi, Uilyam Mahoney, Tammi Simmons, Kodi Conson və Brenda Çilton cinayətkar istismar və uşağa baxımsızlıq ittihamı ilə həbs edilib. Turosi həmçinin metamfetamin və marixuana saxlamaqda ittiham olunub. Polis hələ ki, zərərçəkənlərin həbs edilən beş nəfərdən hər hansı biri ilə əlaqəsi olub-olmadığını təsdiqləməyib. İstintaq davam edir.