İnternetdə "ən sirli mahnı" nın müəllifləri tapıldı - Axtarış 17 il çəkdi
07 noyabr 2024 12:37 (UTC +04:00)

İnternetdə "ən sirli mahnı" nın müəllifləri tapıldı - Axtarış 17 il çəkdi

İnternetdə çoxdan mətndəki ilk sözlərə görə "Külək korları" adlanan sirli mahnı haqqında bir əfsanə var. Axtarışların başlamasından 17 il sonra kompozisiyanın mənşəyi ilə bağl məlumat üzə çıxıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 

“Blind the Wind”, ilk dəfə 1984-cü ildə Alman radiostansiyası “Norddeutscher Rundfun”da eşidilən Yeni Dalğa kompozisiyasıdır. Bu zaman Darius adlı dinləyicilərdən biri mahnını kaset lentinə yazdırıb və bəstənin yeganə məlum fiziki surəti beləcə ortaya çıxıb.
Dariusun radio dalğalarında eşidilmiş naməlum musiqiçilərin mahnılarını yazdırmaq kimi hobbisi var idi. 2004-cü ildə Darius bütün yeraltı musiqi kolleksiyasını rəqəmsallaşdırdı və bacısı Lidiyanın köməyi sayəsində onları öz saytında internetdə dərc etdi.

2024-cü ilin noyabr ayında mahnının müəllifi FEX qrupu haqqında məlumat tapıldı.  Müəllif  Maykl Hedriç bəstənin internetdəki şöhrətindən xəbərsiz idi və axtarıldığını biləndə təəccübləndi.

Beləliklə, ən məşhur İnternet araşdırmalarından biri başa çatdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4017
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar