İrem Dericinin Bakıda konsertini təşkil etdi, pulları ödəmədi - İranlı iş adamından CAVAB   - YENİLƏNİB
23 yanvar 2024 15:23 (UTC +04:00)

İrem Dericinin Bakıda konsertini təşkil etdi, pulları ödəmədi - İranlı iş adamından CAVAB - YENİLƏNİB

İranlı iş adamı İrem Dericinin Bakı konserti ilə bağlı yaranan qalmaqala münasibət bildirib.

“Tar Events Baku” MMC-nin direktoru Derablou Mohammadhossein Younes Lent.az-a haqqında yayılan şikayətə cavab göndərib. 

İranlı iş adamı cavab açıqlamasında özü və təsisçisi olduğu şirkət haqqında yazılanların doğru olmadığını qeyd edib.

O bildirib ki, müqaviləyə uyğun olaraq “Azərbaycan Litva Dostluq Evi”nə ödəniş edilib. 

İranlı iş adamı ödənişin qəbzini də saytımıza təqdim edib: 

Lakin qarşı tərəf bunun köhnə ödənişlər olduğunu iddia edib. 

 

***

saat 13:05

İranlı iş adamı Azərbaycanda dələduzluqda ittiham olunur. 

“Azərbaycan Litva Dostluq Evi”ndən Lent.az-a daxil olan şikayətə görə, 2023-ci ilin aprel ayında “Tar Events Baku” MMC-nin direktoru Derablou Mohammadhossein Younes adıçəkilən şirkətə müraciət edərək Azərbaycanda təşkil edəcəkləri konsertlərlə bağlı əməkdaşlıq təklif edib. “Azərbaycan Litva Dostluq Evi”nin xidmətlərindən yararlanmaq istəyən iranlı iş adamı 2023-cü ilin may ayında onlarla müqavilə bağlayıb. 

İran vətəndaşı Derablou Mohammadhossein Younes bildirib ki, Azərbaycanda tez-tez konsertlər təşkil etmək niyyətindədirlər və buna görə onlara aviabiletlər alınmalıdır. İlk konsert proqramı ötən ilin oktyabrında baş tutub. Onların birgə əməkdaşlığı ilə Türkiyənin məhşur müğənnisi İrem Derici Bakı səhnəsində çıxış edib. 

“Müqavilə şərtlərinə əsasən hər konsert proqramı başa çatdıqdan sonra iranlı iş adamı dərhal göstərilən xidmətlərin pulunu ödəməli idi. Lakin Derablou Mohammadhossein Younes pulu ödəmədi və müxtəlif bəhanələrlə vaxt qazanmağa çalışdı. Sonradan isə onunla ümümiyyətlə əlaqə saxlamaq mümkün olmadı. Telefonlara cavab vermədi və qaçıb gizləndi. Çox çətinliklə onun İran nömrəsini tapdıq və əlaqə saxladıq. O bizə dedi ki, nə zaman istəsə o vaxt da pulu ödəyəcək. Derablou Mohammadhossein Younes bizə qarşı dələduzluq edib və şirkətimizə 11 600 (on bir min altı yüz) manat məbləğində ziyan vurub. KİV vasitəsi ilə hüquq-mühafizə orqanlarına müraciət edərək bildirmək istəyirik ki, dələduzluq əməlləri ilə məşğul olan İran vətəndaşı barəsində Azərbaycan qanunvericiliyi əsasında tədbir görülsün. Hamı bilsin ki, bu kimi şirkətlərə inanmaq olmaz”. 

Lent.az məsələyə münasibət öyrənmək üçün iranlı iş adamı ilə əlaqə saxlasa da Derablou Mohammadhossein Younes şikayətə münasibət bildirməkdən imtina edib. 

Şikayətçi tərəf müqavilənin surətini də Lent.az-a təqdim edib:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9843
avatar

Oxşar yazılar