II Yelizavetanın ölümü ilə bağlı ŞOK açıqlama
29 avqust 2024 15:52 (UTC +04:00)

II Yelizavetanın ölümü ilə bağlı ŞOK açıqlama

 Mediada II Yelizavetanın ölümü ilə bağlı qəribə iddialar yer alıb.

Kraliçanın əslində elan edildiyi gündən çox əvvəl öldüyü bildirilib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, kraliça II Yelizaveta Balmoral qalasında vəfat edib və kral ailəsinin bütün üzvləri onunla vidalaşa bilməyib.

Dünya kraliçanın ölümünü 2022-ci il sentyabrın 8-də saat 18:30-da öyrənib. O, öldüyü gün 96 yaşında idi. Eyni zamanda səhər saatlarında onun vəziyyəti pisləşsə də, bu təfərrüatlar gizli saxlanılıb.

Qeyri-adi bir şeyin baş verdiyini göstərən ilk əlamət, 1 gün öncə şahzadə Çarlzın səhər saat 10.30-da Balmorala gəlməsi olub. Onun ardınca Kamilla, şahzadə Anna da qalaya daxil olub.

Kraliça, ölüm şəhadətnaməsinə görə, "qocalıq" səbəbiylə saat 15:10-da ölüb. 

Kral Çarlzın sözçüsü bildirib ki, ictimaiyyət yalnız bütün ailə üzvləri xəbərdar edildikdən sonra ölüm barədə məlumatlandırılıb. Şahzadə Harri öz xatirələrində yazıb ki, nənəsinin ölümünü ailə üzvlərindən deyil, BBC jurnalistlərindən öyrənib. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3525
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar