"Hüseynin məzarını ziyarət etməmişəm, yalançı fanatları var" -  REPER
12 fevral 2022 19:14 (UTC +04:00)

"Hüseynin məzarını ziyarət etməmişəm, yalançı fanatları var" - REPER

Reper Elşad Xose bir neçə il öncə vəfat edən həmkarı Hüseyn Dəryanın məzarını ziyarət etməyib.

Lent.az xəbər verir ki, bu barədə reperin özü açıqlama yayıb:

"Bilmirəm Hüseyn Dərya harda dəfn edilib. Yolunu tanımıram. Neçə dəfə onun məzarını ziyarət etmək istəmişəm, alınmayıb. Dado Allah şahididir. Neçə dəfə də Hüseyn Dəryanın həyat yoldaşı ilə danışmışam, planlaşdırmışıq, amma alınmayıb. Hüseynin oğlu Cahangirlə münasibətimiz yaxşıdır. Çox yaxşı uşaqdır. İnşallah bu yaxınlarda gedib məzarını ziyarət edərik. Hüseyn Dəryanın yalançı fanatları var. 12 yaşında. Bəzən nələrsə yazırlar, girib baxırsanki... Elə böyük-böyük danışmaqdansa, iki dənə gül alın, məzarın ziyarət edin".

Qeyd edək ki, Hüseyn Dərya 2014-cü ildə avtomobil qəzasında dünyasını dəyişib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4767
avatar

Yalçın UĞUR

Oxşar yazılar