Hüseyn Məhəmmədoğlu, klarnet ifaçısı və Aysel İbrahimova
22 may 2022 15:41 (UTC +04:00)

Hüseyn Məhəmmədoğlu, klarnet ifaçısı və Aysel İbrahimova

Hüseyn Məhəmmədoğlu: “İndi yazacaqlar ki, ailə sevən idinsə...”

"Yenə də ailə qurdum. Bilirsiz niyə? Çünki avaralanmağı sevmirəm. Ailə qurmağı sevən insanam. İndi yazacaqlar ki, ailə sevən idinsə, niyə belə oldu".

Bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "MTV maqazin" proqramında deyib. Musiqiçi ikinci dəfə ailə qurmasından bəhs edib:

"Hamı bilir necə insanam. Ətrafımdakılar da bilir ki, nə içki içirəm, nə siqaret çəkirəm. Bu şeylərdən kənar biriyəm. Ailə sevənəm və onu qoruyub saxlamaq borcumdur. Təbii ki, problemlər olmasa. İnşallah, olmaz. İlk dəfədir həyatda belə uyğunluq yaşayıram. İlk dəfədir bu qədər sevirəm. Bizdə qısqanclıq kilo ilədir. Əgər məni qısqanmırsa, deməli sevmir".

Qeyd edək ki, Hüseyn ikinci dəfə aktrisa Aysel İbrahimova ilə ailə qurub. Onun bu nikahdan oğlu dünyaya gəlib./Axşam.az 

# 5142
avatar

Oxşar yazılar