Hüseyn Həsənov 150 milyon ödəyib  əmlakını qurtardı
05 sentyabr 2024 16:44 (UTC +04:00)

Hüseyn Həsənov 150 milyon ödəyib əmlakını qurtardı

Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin bloqqer Hüseyn Həsənova qarşı iddiası üzrə icraata xitam verib.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, avqustun 16-da Həsənov Federal Vergi Xidmətinə demək olar ki, 145 milyon rubl (təxminən 2 milyon 813 min manat) məbləğində bütün borclarını ödəyib.

Bundan əvvəl vergi orqanları bloqqerin dörd bankdakı hesablarını bloklayıb, həmçinin məhkəmə yolu ilə onun Moskva şəhərinin hündürmərtəbəli binalarından birində, dəyəri 150 milyon rubl (təxminən 2 milyon 910 min manat) olan “Neva Towers”dəki mənzillərini əlindən almağa çalışıb. Federal Vergi Xidməti həmçinin Həsənovdan iki avtomobili - 2020-ci il istehsalı olan “Rolls-Royce Cullinan” və 2022-ci il istehsalı olan “Chevrolet Tahoe” avtomobillərini almaq istəyirdi.

Qeyd olunur ki, bütün borclarını ödəyən Həsənov evini və lüks avtomobillərini xilas edə bilib. Borc ödənilən gün onun bank hesabları blokdan çıxarılıb.

Məlumata görə, bloqqer hazırda Rusiyada deyil. Onun vəkili bildirib ki, Həsənov xarici agentləri qarşısında bütün öhdəliklərini yerinə yetirən kimi Moskvaya qayıdacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3567
avatar

Oxşar yazılar