Filipp Kirkorov Puqaçovanın onu Qalkinlə necə aldatmasından danışdı
22 aprel 2024 17:03 (UTC +04:00)

Filipp Kirkorov Puqaçovanın onu Qalkinlə necə aldatmasından danışdı

Rusiyanın estrada ulduzu Filipp Kirkorov Alla Puqaçova ilə evliliyinin necə dağılması barədə danışıb.

Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, Kirkorov bildirib ki, komediya ustası Maksim Qalkin onun sevdiyi qadını ondan oğurlayıb.

“Qalkin onu xoş sözlərlə ələ ala bildi. Başa düşdüm ki, mən dörd ildir “buynuz” gəzdirirəm. Bütün gözəl nağıl bir gecədə sona çatdı”, - müğənni deyib.

O, keçmiş həyat yoldaşının öz “yarısını” tapdığı üçün kin bəsləmədiyini deyib.
Alla Puqaçova və Filip Kirkorov 1994-cü ildə evlənib, 2005-ci ildə boşanıblar.

# 2661
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar