Fahriye Evcen və Burak Özçivitdən ROMANTİK GÖRÜNTÜLƏR
06 aprel 2024 16:11 (UTC +04:00)

Fahriye Evcen və Burak Özçivitdən ROMANTİK GÖRÜNTÜLƏR

Fahriye Evcen və Burak Özçivit cütlüyü oğulları Karan ilə təbiətin dadını çıxarıblar.

Lent.az-ın xəbərinə görə, Fahriye Evcen ailəsi ilə birlikdə meşədən şəkillər paylaşaraq, Burakin onlara yetərli qədər zaman ayırdığını bildirib.

“Burak Özçivit çox çalışır, demək olar hər həftə bir ölkəyə dəvət alır. Buraka tələbat var. O, həvəslə iştirak edir. Biz bu tempə öyrəşmişik, amma Burak qayğıkeş ata və qayğıkeş həyat yoldaşıdır. Bizə kifayət qədər vaxt ayırır" – o bildirib.

Burak Özçivit və Fahriye Evcen 2016-cı ildə evləniblər. 2019-cu ildə Karan, 2023-cü ildə ikinci oğulları Kərəm dünyaya gəlib.
 

# 3390
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar