Qəribə yerişi ilə  məşhurlaşan   vəkil:  "Əxlaqsız təkliflər alıram"
26 aprel 2024 18:10 (UTC +04:00)

Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"

Türkiyəli vəkil Erkan Yalçın son zamanlar sosial media fenomeninə çevrilib.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Erkan Yalçın model kimi yeridiyinə görə ən məşhur modellərdə belə həsəd doğurur. Ona bir neçə dəfə tanınmış model agentliklərindən podium dərsi vermək üçün təklif gəlsə də, rədd edib.

Erkan Yalçın qəribə makiyajı, yerişi və səs tembri ilə diqqət çəkib, məşhurlaşdıqdan sonra vəkil kimi müştərilərinin sayının artdığını bildirib. "Bununla belə əxlaqsız təkliflər də alıram. Məni ölümlə təhdid edənlərin də sayı artıb", - o bildirib.

# 28647
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar