Qız oğurladığı telefonu itirdi
30 aprel 2024 11:14 (UTC +04:00)

Qız oğurladığı telefonu itirdi

Rusiyanın Tver vilayətində qadının telefonu oğurlanıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Vışnıy Voloçok şəhərində baş verib.

Məlumata görə, 39 yaşlı qadın polisə müraciətində gecə saatlarında kafelərin birində dincəldiyini deyib. Zərərçəkmiş telefonu stolun üstünə qoyaraq, qısa müddətə oradan ayrılıb və geri qayıdanda telefonu oğurlanıb.

Polis müşahidə kameralarının qeydlərini araşdıraraq, oğrunun şəxsiyyətini və yerini müəyyənləşdirib. Onun 18 yaşlı qız olduğu üzə çıxıb. O, etdiklərini etiraf edib və sonradan telefonu hardasa itirdiyini bildirib.

Müttəhimə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsi ilə (oğurluq) cinayət işi açılıb. Onu beş ilədək həbs cəzası gözləyə bilər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3054
avatar

Oxşar yazılar