Əməkdar artistin bacısı xərçəngdən SAĞALDI
23 iyul 2022 16:42 (UTC +04:00)

Əməkdar artistin bacısı xərçəngdən SAĞALDI

Əməkdar artist Aybəniz Haşımova xərçəngdən əziyyət çəkən bacısı ilə bağlı paylaşım edib.

Lent.az xəbər verir ki, müğənni Şəhla Haşımovanın xəstəliyə qalib gəldiyini vurğulayıb:

"Sizinlə bu gözəl xəbəri bölüşmək istəyirəm. Bacım Şəhlada bir neçə ay əvvəl xərçəng xəstəlik aşkarlandı. Çox çətin dövrdən keçdik. Lakin düzgün aparılan müalicələrdən sonra bu gün aldığımız nəticələrə əsasən, bacım onkoloji xəstəlikdən 100 faiz xilas oldu. Göydə Allah,yerdə həkimlərimizin sayyəsində bacım Şəhla sağ qaldı".

Qeyd edək ki, ifaçının bacısı Şəhla Haşımova mart ayında xəstəxanaya yerləşdirilərək  əməliyyat olunub.

# 2853
avatar

Oxşar yazılar