Əməkdar artistdən  QIZINA QADAĞA:   "Müğənni olmayacaqsan!" - VİDEO
14 mart 2022 15:31 (UTC +04:00)

Əməkdar artistdən QIZINA QADAĞA: "Müğənni olmayacaqsan!" - VİDEO

Əməkdar artist Firuzə İbadova qızı Hülyanın müğənni olmasına razı olmayıb.

Lent.az-a açıqlama verən müğənni bildirib ki, qızının gözəl səsi var: 

“Övladımın çox gözəl səsi var. Evdə ikimiz zümzümə edirik. Rəhmətə gedən bir sənətkarımız var idi. Mənə dedi ki, ay Firuzə, niyə istəmirsən qızın Hülya müğənni olsun? Dedim heç vaxt ola bilməz. Heç özü də bunu istəməz.

Niyə icazə vermərəm? Çünki bizim sənət çox mükəmməldir. Mükəmməlliyi qədər də çox çətinliyi var. O, müğənniliyə başlasaydı, gərək mən bütün işimi atardım, onun işlərini idarə edərdim. Özüm də maliyyələşdirərdim. İndi çox çətindir. İndi ifalar üçün elə məhdudiyyətlər yaranıb ki... Ona görə heç vaxt qızımın müğənni olmasına icazə vermərəm”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5172
avatar

Yalçın UĞUR

Oxşar yazılar