Ekranlara  qayıdır:   Aslı Enverin yeni layihəsi  məlum oldu
13 iyul 2024 09:52 (UTC +04:00)

Ekranlara qayıdır: Aslı Enverin yeni layihəsi məlum oldu

Aktrisalığa analığa görə fasilə verən tanınmış aktrisa Aslı Enverin maraqla gözlənilən yeni layihəsi bəlli olub.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, qızı Elayın bir yaşı tamam olanda iş həyatına qayıtmağa qərar verən aktrisa Netflix üçün Tims&B-nin "Mühasirə" serialına çəkiləcək.

Serialın ssenarisi “Kiralık aşk”, “Ufak tefek cinayetler”, “Quş uçuşu”, “Möhtəşəm həyatım” kimi çox xüsusi ssenariləri ilə böyük fərq yaradan Meriç Acemiyə məxsusdur.

Kapadokyada çəkilən “Siyah kalp” serialını yaradacaq və onun ilk bölümlərini idarə edəcək Uluç Bayraktar serialın rejissor kürsüsünə oturacaq. Serial şahmat oyunu kimi qarşılıqlı hərəkətlərlə irəliləyən iki çox çətin personaj Nihal və Osmanın güc mübarizəsi və mühasirəyə məruz qalan malikanənin dərinliklərindəki sirli və sarsıdıcı hekayədən bəhs edir. Layihədə Aslı Enverə məşhur adlar yoldaşlıq edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2202
avatar

Oxşar yazılar