Dünya ədəbiyyatında iz buraxmış 10 böyük şair
23 iyul 2024 15:29 (UTC +04:00)

Dünya ədəbiyyatında iz buraxmış 10 böyük şair

Lent.az dünya ədəbiyyatında dərin iz buraxmış 10 şairdən bəhs edir. Əlbəttə bu onluğa hərə öz sevdiyi şairi daxil edə bilər. Ədəbi tənqidçilərin sıralaması ilə məhz bizim təqdim etdiyimiz kimidir.


Homer (e.ə. 9-cu əsr)
Homer Qərb ədəbiyyatının ilk böyük əsərləri sayılan “İliada” və “Odisseya” dastanlarının müəllifidir.
Qədim dövrlərdə İoniyada yaşayan şair əsrlər boyu Şekspirdən Ceyms Coysa qədər bir çox rəssam və filosofa təsir edib.


Mövlana Cəlaləddin Rumi (1207-1273)
Dünyanın ən tanınmış təsəvvüf alimi Cəlaləddin Rumi həm də şair, hüquqşünas, alim və ilahiyyatçıdır. Şeirləri bir çox böyük dillərə tərcümə olunan Cəlaləddin Rumi ABŞ-da ən çox tanınan və ən çox satılan şairə çevrilib.
Cəlaləddin Ruminin ədəbiyyat dünyasına təsiri təkcə yaşadığı coğrafiya ilə məhdudlaşmamış, xüsusilə Avropaya böyük təsir göstərmişdi. Mövlanadan təsirlənən yazıçı və şairlər arasında diplomat Cozef fon Hammer, Höte və Frederik Hegel var.


Dante Alighieri (1265-1321)
İtalyan şair və siyasətçi Dante Alighieri  bütün dünyada “Cəhənnəm”, “Təmizləmə” və “Cənnət” adlı üç cildlik “İlahi Komediya” əsəri ilə tanınır.
Dünya ədəbiyyatı tarixinin ən böyük əsərlərindən biri olan “İlahi komediya” müasir italyan dilinin də əsasını təşkil edir.


Uilyam Şekspir (1564-1616)
İstər dünya, istərsə də ingilis ədəbiyyatının ölməz adlarından olan Uilyam Şekspir pyesləri ilə yanaşı şeirləri ilə də ədəbi aləmdə dərin izlər qoyub.
Dünyanın ən görkəmli dramaturqu sayılan və həmçinin Avon Bardı kimi tanınan Şekspirin əsərləri bütün əsas dillərə tərcümə olunub.
O, əsrlər boyu Aleksandr Papadan Uilyam Vordsvorta, Volterdən Emili Diksona, Tomas Hardidən Oskar Uaylda qədər saysız-hesabsız şair və yazıçılara təsir göstərib.

Johann Volfgang Von Höte (1749-1832)
Höte, ədəbiyyat adamı, rəssam, təbiətşünas və siyasətçi idi. O, estetika, incəsənət, ədəbiyyat nəzəriyyəsi və təbiət elmləri sahəsində çoxlu əsərlər yazıb.
Alman ədəbiyyatının ən parlaq nümayəndəsi sayılan Höte  bir çox rəssam və filosof üçün ilham mənbəyi olmuşdur.


 Uilyam Vordsvort (1770-1850)
Romantik cərəyanın ən nüfuzlu və uğurlu şairlərindən biri olan Uilyam Vordsvort ingilis ədəbiyyatında romantik dövrün yaradıcısı  və ədəbi aləmdə bir çox önəmli adlar üçün ilham mənbəyi olub.


Edqar Allan Po (1809-1849)
Edqar Allan Po, şair, redaktor və ədəbiyyatşünas, Amerika ədəbiyyatında romantizm cərəyanının ən mühüm nümayəndələrindən biridir. ABŞ-ın ilk qısa hekayə yazarlarından biri olan Po həm də detektiv hekayələrin ixtiraçısı hesab olunur.
Tək ölkəsində deyil, bütün dünyada, ədəbiyyat, kosmologiya və kriptoqrafiya sahələrində nüfuzu olan Po, Jül Verndən tutmuş H.G. Uellsdən Lizzi Dotenə, Çarlz Bodlerə, Artur Konan Doyldan Maya Angeloya qədər bir çox yazıçı və şairə təsir edib.

Volt Vitman (1819-1892)
Amerikalı şair  Volt Vitman Amerika ədəbiyyatını dünyaya tanıdan ilk şair hesab olunur.
O, Lorca, Pablo Neruda, Ezra Pound, Allen Ginsburg və Paul Eluard da daxil olmaqla bir çox şair və yazıçıya təsir göstərib.


Ezra Pound (1885-1972)
İmagist poeziya hərəkatının banisi, amerikalı şair, tərcüməçi və esse yazarı Ezra Pound un adı da ədəbiyyat aləmində əbədiyyət qazanıb. Ceyms Coys, Ernest Heminquey, W.C. Williams və T.S. Eliot kimi adların karyerasına kömək edən Pound eyni zamanda Vortisizm hərəkatının da öncülüdür.


T.S. Eliot (1888-1965)
Tomas Stearns Eliot, şair, dramaturq və ədəbiyyatşünas, ekspressionizmin ən mühüm nümayəndələrindən biridir.
XX əsr modernist poeziyasının ən uğurlu nümunələrini yaradan Eliot  Ezra Pound, Harold Hart Cran, Keti  Duqlas, Delmor Şvatz kimi bir çox şairlərin yaradıcılığında ilham mənbəyi olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10716
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar