Doğuş  əməliyyat olundu
28 fevral 2024 14:15 (UTC +04:00)

Doğuş əməliyyat olundu

Aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı, türkiyəli müğənni Doğuş əməliyyat olunub.

Lent.az-ın xəbərinə görə, bu barədə Doğuş öz sosial şəbəkə hesabında məlumat paylaşıb.

Xəstəxanadan görüntülərini paylaşan Doğuş bildirib ki, böyrəklərində üçüncü dəfə əməliyyat keçirilib. Onun böyrəyində mütəmadi olaraq kist yarandığına görə müntəzəm olaraq müayinə və müalicə kurslarından keçir.

Qeyd edək ki, Doğuş 2 həftə öncə yenidən İstanbulda karyerasına davam edəcəyini bildirmişdi.

# 11550
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar