Dinləyənlər  heyrətlənir   - Səxavət Məmmədovla səhv saldılar
06 may 2024 17:13 (UTC +04:00)

Dinləyənlər heyrətlənir - Səxavət Məmmədovla səhv saldılar

Sosial şəbəkələrdə səsi ilə mərhum müğənni Səxavət Məmmədovu xatırladan gənc müğənni trend olub.

Lent.az-ın xəbərinə görə, Hafiz Ağcabədili ifası və səsi ilə eynilə Səxavət Məmmədovu xatırladır.

İzləyicilər onların səsini ayırd etməyin mümkünsüz olduğunu yazsalar da, gənc ifaçıya öz dəsti-xəttini seçməyi də tövsiyə ediblər.

Səxavət Məmmədovun qardaşı Firuz Səxavət də həmin gənci dinləyib və Hafizin səsinin onu kövrəltdiyini, heyrətləndirdiyini deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3186
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar