Dilarə məşhur reperdən  boşanma səbəbini   açıqladı
28 aprel 2022 07:43 (UTC +04:00)

Dilarə məşhur reperdən boşanma səbəbini açıqladı

Dilarə Zinatullina reper Əlişir Morqenşterndən ayrılmasının səbəblərindən birini açıqlayıb. 

Lent.az “REN TV”-ə istnadla xəbər verir ki, o, sənətkarın hədsiz şəkildə yaradıcılığına bağlılığından danışıb.

O, sosial şəbəkələrdə yazıb ki, ailə problemləri Dubaya köçəndən dərhal sonra başlayıb.

“Köçdük. Konsertlər yox, treklər uzun müddətdir hit-paradlarda yoxdur... Vəssalam! Sanki insanın ömrü bitib”, - deyə Dilarə qeyd edib.

Onun fikrincə, Morqenştern həyatında olan hər şeyi, o cümlədən özünü konsertlərinə qurban verir.

Bundan əvvəl qalmaqallı reper Morqenştern cəmi 7 ay evli olduqları 22 yaşlı həyat yoldaşı Dilarə Zinatullinadan boşanma səbəblərini açıqlamışdı. 

Məlum olub ki, gənc həyat yoldaşı ona xəyanət edib.
 

# 2949
avatar

Oxşar yazılar