Çimərlik geyimində foto paylaşmayacam - Ərim narahatdır
02 iyun 2023 22:15 (UTC +04:00)

Çimərlik geyimində foto paylaşmayacam - Ərim narahatdır

Sosial media hesabında paylaşdığı dekolteli və çimərlik geyimindəki pozaları ilə tez-tez gündəmdə olan Şeyma Subaşı qadağa alıb. 

Lent.az xəbər verir ki, Subaşı bundan sonra çimərlik geyimi geyinməyəcəyini və bu fotoları paylaşmayacağını bildirib.

Acun Ilıcalı ilə ailə həyatı quran və bununla tanınan Şeyma Subaşı boşandıqdan sonra yenidən başqa biri ilə birlikdədir.

Subaşı misirli iş adamı olan həyat yoldaşı Məhəmməd Alsaloussi ilə eşq yaşayıb və ötən aylarda evlənib.

Mərakeşdə keçirilən toyda ailə quran Subaşı çox dəbdəbəli bal ayı tətilinə çıxıb.

Sosial mediada həyatının hər anını paylaşan Subaşına bəzi qadağalar qoyulub.

Sosial media hesabında çimərlik geyimini nümayiş etdirən Subaşı əri icazə vermədiyi üçün paltarını soyunmayıb.
“Meedo bikinili paylaşımımdan narahatdır”, - deyə o qeyd edib.
 

# 6291
avatar

Oxşar yazılar