"Miss Turkey 2021"'in qalibi bəlli olub.
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, müsabiqədə Türkiyənin ən gözəl qızı boyu 1.77 santimetr olan 23 yaşlı Dilarə Korkmaz seçilib.
Qeyd edək ki, Dilarə 2010-cu ildə keçirilən gözəllik yarışmasında 4-cü yeri qazanan Dilay Korkmazın bacısıdır.