Xalq artisti Brilliant Dadaşova
10 sentyabr 2021 10:23 (UTC +04:00)

Xalq artisti Brilliant Dadaşova

Brilliant həkimləri pislədi, təzyiqlə üzləşdi: "Dostumu öldürdülər..."

Koronavirusa yoluxan Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə açıqlama yayıb.

Lent.az-ın məlumatına görə, bir neçə gün əvvəl həkimləri tənqid edəndən sonra təzyiqlərlə üzləşdiyini bildirib:

"Mənə başqa yerdən pislik etməyə başlayırlar. İctimai insanam, çırmalayaram qollarımı, başlayaram. Kiməsə pislik etmək istəmirəm. Naxələf insanlarla hökumət mübarizə aparır. Hamının vicdanı olmalıdır. Hökumət harınlamış insanların öhdəsindən gəlir. Başqa bir dostumuzun da bədənini yüklədilər dərmanla, dünyasını dəyişdi. Çox dərman yazan həkimləri həyatınızdan çıxarın. Mənə dərman reklam etmək lazım deyil. Sadəcə, sevən insanların əziyyət çəkməməsini istədim. Mənə qulaq asanlar musiqi sevənlərdir. Musiqidən uzaq olanların səhifəmdə nə işi var.

Koronavirus xəstəliyinin 7-8-ci günü ağır olur. Əvvəl adi qrip olanda xəstəxanaya qaçırdım. Amma indi bəzi həkimlərə görə inamımız itdi. Yaxşılar da var. Özlərini çoxbilmiş aparan bilməyənlərlə yanaşı yaxşılar da az deyil. Çalışın sizə başqa dərmanlar vurub, başqa orqanlarınız sıradan çıxmasın. Allah bizi apteklərə xeyir verməyə çalışan həkimlərdən uzaq etsin. Hamımız yaşamalıyıq, amma bu haramçılıqdır.

Həkim məsələsini ona görə deyirəm ki, bu xəstəliyi bir-iki dərman içərək, yataraq, zoğal içərək sağalda bilərsiz. Heç kimi təhqir etmək fikrində deyiləm. Hər insanın qazanacağı çörəkpulu var. Amma başqasının ölümü ilə qazanmaq olmaz. Dünya çox çətinləşib, ömür qısalıb. Çalışın yaxınlarınızı qoruyun".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7032
avatar

Yalçın UĞUR

Oxşar yazılar