Rusiyada yaşayan Azərbaycan əsilli məşhur bloqqer Hüseyn Həsənov Bakıda mənzil almağı planlaşdırır.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, bu, Həsənovun Azərbaycanın paytaxtında ilk mənzili deyil. Onun artıq Nardaran kəndində mülkü var.
Bloqqer bu dəfə dostlarının məsləhətinə qulaq asmaq və şəhərin mərkəzində yeni bina almaq qərarına gəlib. O bildirib ki, evin 2025-ci ildə təhvil verilməsi planlaşdırılır.