Rusiyada yaşayan və izləyicilərinə verdiyi qiymətli hədiyyələrlə məşhurlaşan azərbaycanlı videobloqer və iş adamı Hüseyn Həsənov verdiyi açıqlama ilə gündəmə gəlib.
Lent.az-ın xəbərinə görə, o öz sosial şəbəkə hesabında Dubaydan aldığı qırmızı rəngli, özünə məxsus lüks “Cullinan - Rolls-Royce” markalı avtomobilini bu gün bir nəfərə hədiyyə verəcəyini deyib.
O həmin maşının qiymətinin 50 milyon rubl (882 min manat) olduğunu deyib. Lakin Hüseyn az qala milyon manata yaxən qiyməti olan avtomobili kimə bağışlayacağını söyləməyib.