Aybəniz Haşımova "OD PÜSKÜRDÜ":  "Sənətə gəlməsində kömək etdim..."
08 avqust 2022 17:22 (UTC +04:00)

Aybəniz Haşımova "OD PÜSKÜRDÜ": "Sənətə gəlməsində kömək etdim..."

"Sənətə gəldiyim gündən kimin iynənin ucu qədər üzərimdə haqqı varsa, hələ də çıxışlarımda qeyd edir, adlarını fəxrlə çəkirəm. Çünki onların yox, mənim fəxrimdir ki, məni dəyərləndirib, qiymətləndirib, fərqləndiriblər".

Lent.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yazıb.

Sənətçi ötən gün verilişlərin birində sənətdə uğur qazanmasında yardımçı olduğu şəxsin onun adını qeyd etmədiyi üçün əsəbiləşib.

İfaçı yazısında həmin şəxsin adını açıqlamasa da öz iradını ona ünvanlayıb:

"Təcrübələrinin sayəsində nəyisə onlardan götürə bilmişəmsə, özümdə də onu tədbiq edə bilmişəmsə, bu mənim əvəzsiz xəzinəm, şəxslərinə isə bir ömür boyu minnətdarlıq borcum var. Dünən vaxtilə özümlə bərabər efirə çıxmağında, tanınmağında, bilmədiyi əsərləri öyrətdiyim, köməyim dəydiyi bir xanım sənətdə ona kömək edənlərin, vaxtilə təhsil aldığı kənd məktəbində çalışan insanlara qədər hamsının adını çəkir. Amma bir dönüb demir ki, bu insan da məni öz verlişlərində əlimdən tutub çəkdirib. Özüdə AzTV-nin, hələ-hələ çoxlarının orada görünə bilmədiyi dövrdə ən baxımlı verilişinə, verilişlərinə çıxartdırıb bu insan məni. Yaxşı ki, lent yazıları durur məndə. Əslində o insanın mənə yox, özünə nə qədər pislik etdiyindən xəbəri belə yoxdur. Nankorluq dünyanın ən ağır günahıdır. Bunu unutma, insan oğlu!"

 

# 4695
avatar

Oxşar yazılar