"Avroviziya"nın qalibi koronavirusa yoluxdu
20 may 2021 15:32 (UTC +04:00)

"Avroviziya"nın qalibi koronavirusa yoluxdu

"Avroviziya 2019" mahnı müsabiqəsinin qalibi, Niderland təmsilçisi Laurens Dunkan "Avroviziya 2021"in finalında oxumayacaq.

APA-nın "Independent"ə istinadən verdiyi xəbərə görə, 2019-cu ildə "Arcade" mahnısı ilə qalib olan müğənni mayın 22-də Rotterdamda keçiriləcək finalda çıxış etməyəcək.

Buna səbəb L. Dunkanın yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmasıdır.

Bildirilib ki, infeksiyaya yoluxan L.Dunkanın yüngül simptomları var və o, özünü izolyasiya edəcək.

Qeyd edək ki, müğənni COVID-19 testinin nəticəsi mənfi olduğu üçün birinci yarımfinalda ifa etmişdi lakin mayın 19-u axşamdan etibarən onda xəstəliyin əlamətləri qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2952
avatar

Oxşar yazılar