“Atam dedi, yad kişi olsam mən də səni sevməzdim”- Məşhur aktrisa
22 iyul 2024 10:53 (UTC +04:00)

“Atam dedi, yad kişi olsam mən də səni sevməzdim”- Məşhur aktrisa

“Atam dedi ki,  yad kişi olsam, mən də səni sevməzdim, sən necə bir məxluq, necə yaratıqsan?. İllər boyu kilolu olduğum üçün qınandım, təhqir edildim, məni sevmədilər, nifrət ediləcək, lağ obyekti bir qadın kimi yaşadım”

 Lent.az-ın xəbərinə görə, bu fikirləri  türkiyəli aktrisa Sevgi Berna Biber  öz sosial şəbəkə hesabında canlı yayım zamanı söyləyib.

“Türkiyədə hər mövzuda film çəkdilər. Təcavüz, mafiya, tarixi, dini, qan davaları, daha nələr, nələr... Bircə kök qadınların həyatından bəhs etmədilər. Sanki hamı arıq olmalıdır, kök insanlar hamı kimi ağıllı, yaraşıqlı, sevimli ola bilməzlər. Bütün filmlərdə kök qadınları komik obrazlar kimi göstərdilər. Buna bir “dur” deyən olmadı, yazan olmadı. Mən bu mövzuda ssenari yazmışam və filmi də özüm çəkəcəm” . deyə aktrisa bildirib.
Onun bu fikirlərinə izləyicilərdən çoxlu bəyənmə və dəstək gəlib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 34902
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar