Ancelina Colinin oğlunu maşın vurdu
31 iyul 2024 11:32 (UTC +04:00)

Ancelina Colinin oğlunu maşın vurdu

Hollivud ulduzları Bred Pitt və Ancelina Colinin  övladlığa götürdükləri oğulları  Paks qəzaya düşüb.

 Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o, elektrikli velosiped sürərkən Los-Ancelesdə yol ayrıcında avtomobillə toqquşub. 

Bildirilir ki, 20 yaşlı Paks avtomobil idarə edərkən təhlükəsizlik tədbirlərinə məhəl qoymayıb və dəbilqə taxmayıb. Sürücü təcili yardım və polis çağırıb. Müayinədən sonra gənc beyin qanaması qorxusundan xəstəxanaya çatdırılıb. Nəticədə zərərçəkmiş kəllə-beyin travması və omba nahiyəsindən xəsarət alıb. O, tezliklə xəstəxanadan buraxılacaq.

Pitt və Colinin üç övladlığa götürülmüş övladı var - Maddoks, Paks və Zahara. Bundan əlavə, onların üç bioloji övladı var - Şilo və əkizləri Noks və Vivyen. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 735
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar