Xalq artisti Naibə Allahverdiyeva
15 mart 2021 09:12 (UTC +04:00)

Xalq artisti Naibə Allahverdiyeva

"Anamı 12 yaşımda tanıdım" - Xalq artisti KÖVRƏLDİ

Xalq artisti Naibə Allahverdiyeva şəxsi həyatı barədə danışıb.

Lent.az-ın məlumatına görə, aktrisa  “ATV maqazin onlarla” verilişində bildirib ki, anasını 12 yaşında tanıyıb:

“Atam anamdan ayrılmışdı. O vaxtlar atamı çox sevirdi. Ona dəli kimi aşiq idi. Anam atamı 25 il gözlədi. Lakin xəstəliyə düçar olduğuna görə bizi atama verib. Atam da bacımı yanında saxladı. Məni də bibimə verdilər.

Anam yanıma gəlib-gedirdi, amma bilmirdim ki, anamdır.  O qədər gözəl idi ki, gözəlliyinə vurulmuşdum. İldə bir-iki dəfə yanıma gəlirdi. Gələndə mənə yemək bişirirdi, paltarlar alırdı. Hansısa bir hiss məni ona çəkirdi. Fikirləşirdim ki, görəsən niyə bu qadına qarşı içimdə qəribə duyğu var? Elə bil anam olduğunu hiss edirdim. Ona qarşı içimdə həm sevgi, həm də nifrət var idi. Sual verirdi ki, məni çox istəyirsən? Deyirdim ki, yox. Sonra 12 yaşım olanda onun anam olduğunu dedilər.  Həyat elə gətirdi ki, anamın yanına getdim. Amma bibimi çox sevirəm. Çünki məni o, böyüdüb. Onu anam bilirdim. Hələ də bibimi unutmamışam”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 23133
avatar

Yalçın UĞUR

Oxşar yazılar