Türkiyənin tanınmış aktrisası Feyza Civelek 50-dən çox dostunu itirdiyini deyib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, gənc aktrisa, "Sosial şəbəkədə bir az artıq çəkisi olan insanlara çox amansızcasına yanaşırlar, psixoloji zorakılığa məruz qalırlar. Artıq çəkim olanda mənə də travmatik şərhlər yazılıb. Bəzən insanlar digərinin psixologiyasını düşünmədən hərəkət edirlər".
Hatay zəlzələsində 3 əmisini və 50-dən çox dostunu itirdiyini bildirən aktrisa, "Çox ağrılı idi, bu yay Hataya getdim və öz evimi belə tanıya bilmədim. Çox acınacaqlı vəziyyətdir. Bacardığım qədər kömək etməyə davam edəcəyəm”deyə açıqlama verib.
Aktrisanın yeni halı görənləri şoka salıb. İzləyiciləri onu tanıya bilmədi