Aktrisa ərinin paylaşımlarından sonra boşanır
07 iyun 2023 15:07 (UTC +04:00)

Aktrisa ərinin paylaşımlarından sonra boşanır

Gənc aktrisa Nilsu Berfin ərindən boşanmağa qərar verib.

Lent.az-ın xəbərinə görə, aktrisa bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Onun əri Serdar Sertçelik Ankarada şəbəkə yaradaraq cinayət törətmiş və bu səbəblə həbs cəzası almışdı. Cəza evindən çıxdıqdan sonra ailəsindən gizli xaricə qaçan Serdar Sertçelik öz sosial media hesabında arvadı haqqında iftiralar yaymaqla məşğul olub. Bundan sonra gözəl aktrisa boşanmaq üçün ərizə yazıb.

Maraqlıdır ki, aktrisanın boşanma ərizəsi ərinə qəribə təsir göstərib  və o bütün paylaşımlarını silərək, arvadından üzr istəyib.

“ Yalan paylaşımlar etdim. Səni çox sevdiyim və itirməkdən qorxduğum üçün qəzəblənirdim. Allah məni bağışlasın” deyə o bildirib.

# 5544
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar