Röya Ayxan dostlarını başına yığdı və... - VİDEO
13 yanvar 2020 16:12 (UTC +04:00)

Röya Ayxan dostlarını başına yığdı və... - VİDEO

Xalq artisti Röya Ayxan 2020-ci ildə ilk layihəsini təqdim edib.

Lent.az xəbər verir ki, sənətçi bu dəfə rus dilində ifa etdiyi “Vlöblena” mahnısını ekranlaşdırıb. Ekran işinin rejissoru Fərhad Əlidir. 

Mahnının müəllifləri isə Kamran Qafarlı və Rəşad Bağırovdur. Maraqlısı odur ki, klipdə şou-biznesin məşhur simaları da yer alıb. 

Onlar xalq artistləri Murad Dadaşov, Miri Yusif, müğənnilər Sevda Yahyayeva, Zamiq Hüseynov, Xəyyam Nisanov, Azad Şabanov, aparıcılar Nəsib Nur, Kamilə Babayeva və başqalarıdır. Klipdə şoumen Murad Dadaşov oliqarx, digər tanınmışlar isə onun qonaqları obrazını canlandırıblar. 

Çəkilişlər iki gün davam edib və R. Ayxan üç obrazda kamera qarşısına keçib. Xalq artistinin stili üzərində Elnur Həsənov və Leyla Məmmədova çalışıb. 

Layihənin baş prodüseri Vüsal Rzazadə, musiqi prodüseri Cavid Əhmədovdur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4940

Oxşar yazılar