Bəşər Əsədin əmisi oğlu  həbs edildi
21 iyun 2025 14:54 (UTC +04:00)

Bəşər Əsədin əmisi oğlu həbs edildi

Suriyanın yeni hakimiyyət orqanları ölkənin keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlunu həbs edib.

Lent.az xəbər verir ki, Suriya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Vasim Əsəd narkotik ticarəti və bir sıra digər cinayətlərdə ittiham olunur.

Məlumatda qeyd olunub ki, Vasim Əsəd Suriyada ən məşhur narkotik alverçilərindən biri hesab olunur və köhnə hökumətin cinayətlərində iştirak edib. 

Yerli SANA agentliyinin mənbələri iddia edir ki, Suriyanın keçmiş prezidentinin əmisi oğlu Livanla sərhəd yaxınlığında saxlanılıb. Məlumata görə, Vasim Əsəd Livana qaçmaq istəyirmiş. Bu zaman hüquq-mühafizə orqanlarının əməkdaşları onu Homs bölgəsində ələ keçiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 348

Oxşar yazılar